reklam
Cüdoçumuz təsəlliverici görüşə çıxacaq -
Sportfm.az xəbər saytı

Cüdoçumuz təsəlliverici görüşə çıxacaq -Avropa çempionatı


Portuqaliyanın paytaxtı Lissabonda start götürən Avropa çempionatının birinci yarış günündə 3 cüdoçumüz mübarizəyə qoşulub.

Sportfm.az xəbər verir ki, kişilər arasında Kəramət Hüseynov (60 kq) moldovalı Nikolae Foca, daha sonra Türkiyə təmsilçisi Mehrac Akkusu məğlub edərək dörddəbir finala vəsiqə qazansa da, bu mərhələdə ispaniyalı Fransisko Qarriqosa məğlub olub. Cüdoçumuz təsəlliverici görüşdə italiyalı Anjelo Pantano ilə mübarizə aparacaq.

Komandamızın digər üzvü Orxan Səfərov (66 kq) ilk qarşılaşmasında israilli Amit Boboviçi məğlub etsə də, növbəti mərhələdə moldovalı Vadim Buneskonun öhdəsindən gələ bilməyib. Onunla eyni çəkidə mübarizə aparan Nicat Şıxəlizadə də yarışda mübarizəni dayandırıb. Belə ki, ilk qarşılaşmada slovakiyalı Matej Poliaka qalib gələn idmançımız sonrakı görüşdə portuqaliyalı Joao Qrisostomaya məğlub olub.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.

Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

 

Oxşar xəbərlər

Cüdoçumuzlarımız yarımfinalda - Avropa kuboku
Cüdoçumuz dünya üçüncüsü oldu - FOTO
Cüdoçularımızın ilk rəqibləri məlum oldu - Avropa çempionatı
Cüdoçumuz bürünc medal qazandı - Böyük Dəbilqə
Cüdoçularımızdan uğursuz start - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər