"Qələbəmi anama həsr edəcəyəm" -Rafael Ağayev
"Əminəm ki, final zamanı anam məni cənnətdən izləyəcək".
Sportfm.az xəbər verir ki, bunu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanmış Azərbaycan karateçisi Rafael Ağayev deyib.
75 kq çəki dərəcəsində çıxış edən 36 yaşlı təcrübəli idmançı iki əvvəl ay əmisinin, ondan bir ay sonra isə anasının vəfat etdiyini xatırladıb: "Ötən il zədədən qurtulmaq üçün əməliyyat olundum. Bu, artıq 4-cü diz əməliyyatım idi. İnsanlar məni anlamaya bilər. Amma finala vəsiqə qazandığım üçün xoşbəxtəm. Qalib gəlsəm, qələbəmi anama həsr edəcəyəm".
Ağayev karyerası haqqında bunları söyləyib: "İnsanlar qocaldığımı söyləyə bilər. Hər kəsə hörmət edirəm və bu fikirlərdən incimirəm. Mənim üçün vacib olan öz düşüncələrimdir. Karate mənim həyatımdır. Həyatımı bu idmana həsr etmişəm".
Qeyd edək ki, Rafael Ağayev bu gün finalda Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Uduzmağa öyrəşməməliyik" - Rafael Ağayev
Azərbaycan karateçisi Avropa çempionu oldu
Rafael Ağayev Tokioda olacaq - Rəsmiləşdi
"Gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm" - Rafael Ağayev
Rafael Ağayev II Avropa Oyunlarını gümüş medalla başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası