Cüdo millimizin yeni formaları -FOTO
Azərbaycan Cüdo Federasiyasında kişilərdən və qadınlardan ibarət milli komandamızın üzvləri ilə görüş keçirilib.
Sportfm.az xəbər verir ki, federasiyanın vitse-prezidenti Sadıq Sadıqov iyun-iyul aylarında cüdoçularımızın iki nüfuzlu yarışda - dünya çempionatında və Olimpiya Oyunlarında mübarizə aparacaqlarını diqqətə çatdırıb. O, həmçinin millinin üzvlərinin bu mötəbər yarışlara hazırlıq məqsədilə beynəlxalq və yerli təlim-məşq toplanışlarında iştirak edəcəyini bildirib.
Görüşdə milli komandamızın yeni məşq və idman geyim dəstləri nümayiş etdirilib.
Sonra məşqçi, idmançı və texniki heyətə yeni geyim formaları təqdim olunub.
Federasiya rəhbərliyi cüdoçularımıza qarşıdan gələn yarışlarda daha böyük uğurlar qazanmağı arzulayıb.


Oxşar xəbərlər
Cüdoçularımız üçün yeni idman geyimləri - FOTO
Millimizdə yeni baş məşqçi - RƏSMİ
Sadıq Sadıqov millinin üzvləri ilə görüşdü - FOTO
Azərbaycan cüdosunda əlamətdar hadisə
Milli komandalarımızın yeni idman geyimləri təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası