Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Estoniyanı 3 qolla məğlub etdi- VİDEO
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-12-ci yerlər uğrunda Estoniya komandası ilə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun futbolçularımızın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Yığmamızın heyətində Pilağa Mehdiyev, Doğukan Öksüz və İbrahim Əliyev fərqləniblər.
Yığmamız turnirdə növbəti oyununu yanvarın 20-də Belarus komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Oxşar xəbərlər
Yığmamızın turnirdə son oyunu
Millimiz Estoniyaya qarşı
Millimiz İranı məğlub etdi
Növbəti rəqib İran yığmasıdır
Millimiz Qazaxıstana qarşı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası