reklam
İsveç, İspaniya və Ukrayna 1/8 finalda -
Sportfm.az xəbər saytı

İsveç, İspaniya və Ukrayna 1/8 finalda -AVRO-2020


Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, III turda İspaniya Slovakiya ilə üz-üzə gəlib.

Qrupun digər görüşündə İsveç Polşa ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərindəki oyun İsveçin 3:2 hesablı qələbəsi ilə bitib.

Slovakiya E qrupunu 3 xalla üçüncü, Polşa isə 1 xalla 4-cü pillədə bitirib. Hər iki komanda qrupda qalıb.

Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlayıb.

Avropa çempionatı

E qrupu, III tur

20:00. İsveç - Polşa - 3:2

Qollar: Emil Forsberq, 2. 59. Viktor Klasson, 90+4 - Robert Levandovski, 61. 84

Baş hakim: Maykl Oliver (İngiltərə)

Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

20:00. Slovakiya - İspaniya - 0:5

Qollar: Martin Dubravka (avtoqol), 30. Emerik Laport, 45+3. Pablo Sarabiya, 56. Ferran Torres, 67. Yuraj Kuçka (avtoqol), 71

Qeyri-dəqiq penalti: Alvaro Morata, 12

Baş hakim: Byörn Kuypers (Niderland)

Sevilya, "Estadio La Cartuja" stadionu

Xal durumu: İsveç - 7, İspaniya - 5, Slovakiya - 3, Polşa - 1

Oxşar xəbərlər

1/4 final mərhələsinin oyunları başlayır - AVRO-2020
1/8 finalın son 5 iştirakçısı bilinəcək - AVRO-2020
İsveç Slovakiyanı məğlub etdi - VİDEO
İspaniya İsveçə, Polşa Slovakiyaya qarşı - AVRO-2020
Avro-2020-nin təqvimi - AFİŞA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər