reklam
Türk hakimdən rekord göstərici -
Sportfm.az xəbər saytı

Türk hakimdən rekord göstərici -9 matç


Türkiyə Futbol Federasiyasının hakimi Cüneyt Çakır Avropa çempionatları tarixində yeni rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, o, buna Avro-2020-nin 1/8 finalında idarə etdiyi İspaniya - Xorvatiya oyunundan (5:3) sonra nail olub. Bununla da, 44 yaşlı referinin Avropa çempionatlarının final mərhələsində baş hakim olduğu matçların sayı 9-a çatıb. C.Çakır Avropa çempionatlarının final mərhələsində ən çox oyun idarə edən hakim olub. O, isveçli Anders Friski (8 oyun) geridə qoyub.
Həmçinin Çakırın 56-sı milli komanda səviyyəli turnirlərdə olmaqla, beynəlxalq yarışlarda idarə etdiyi qarşılaşmaların sayı 200-ə yüksəlib.

C.Çakır Avro-2012, Avro-2016 və Avro-2020 yarışlarının hər birində 3 qarşılaşmada baş hakim olub.

Oxşar xəbərlər

Cüneyt Çakır tarixə düşdü - AVRO-2020
İspaniya 5 qolla qalib gəldi - AVRO-2020
İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı - AVRO-2020
2 mundialdakı ilk türk - FOTO
"Çelsi" - "Barselona" matçını türk hakim idarə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər