Stadionlara 5 min tamaşaçı buraxılacaq -Tokio-2020
Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları yarışlar zamanı stadionlarda tamaşaçı sayının 5 minədək müəyyənləşdirilməsini planlaşdırırlar.
Sportfm.az xəbər verir ki, Olimpiya Oyunlarının təşkilatçıları bu barədə yekun qərarı iyulun 8-də qəbul edəcəklər.
Qeyd edək ki, iyunun 21-də tamaşaçı limitinin 10 min həddində müəyyənləşməsi, bununla yanaşı, idman obyektlərindəki yerlərin 50 faizdən çox tutulmaması barədə limit təyin edilib. Agentlik ölkədə koronavirusla əlaqədar vəziyyət gərginləşdiyinə görə, Yaponiya hökumətinin və təşkilatçıların yarışların bu sayda tamaşaçılarla təşkilində çətinlik çəkəcəyini qeyd edir.
Tokio Olimpiadasının 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur. Olimpiadaya əcnəbi tamaşaçılar buraxılmayacaqlar.
Oxşar xəbərlər
Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək - Tokio-2020
Olimpiadada əcnəbi qonaqların sayı artırılır - Qərar
Dövlət liderlərini müşayiət edənlərin sayı məhdudlaşdırılacaq - Tokio-2020
Türkiyə Qran-Prisində 100 minədək tamaşaçı - Formula 1
Tokio Olimpiadasının planı müzakirəyə çıxarıldı - Xərclər azaldılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası