Olimpiadada əcnəbi qonaqların sayı artırılır -Qərar
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarının yeni qərarına görə, istənilən nümayəndə heyəti rəhbərliyi müşayiət edəcək əcnəbi qonaqların sayını 12-dən 40-dək artıra bilər.
Sportfm.az xəbər verir ki, bu barədə iyunun 4-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, ilkin mərhələdə ölkə yüksək səviyyədə təmsil olunacağı təqdirdə hər bir nümayəndə heyətinin tərkibinin 12 nəfərdən ibarət olması nəzərdə tutulurdu. Bu tələbdən sonra mühafizə xidmətinin azaldılacağı təqdirdə təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkili ilə bağlı problemlər yaranacağı barədə narahatlıqlar ifadə edilib. Aparılan danışıqlardan sonra Olimpiya Oyunlarında təşkilatçıları müşayiət edən şəxslərin sayının 18-ə, ehtiyac yaranarsa isə 40-a çatdırılması qərara alınıb.
Xatırladaq ki, koronavirus pandemiyasına görə ötən il təşkil edilməli olan Tokio Olimpiadasının vaxtı 2021-ci il iyulun 23-dən sentyabrın 5-nə dəyişdirilib.
Oxşar xəbərlər
Stadionlara 5 min tamaşaçı buraxılacaq - Tokio-2020
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Qonaqların sayı iki dəfə azaldılacaq - Tokio-2020
Dövlət liderlərini müşayiət edənlərin sayı məhdudlaşdırılacaq - Tokio-2020
Millimizin qatılacağı yarışların vaxtı bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası