Klublarımızın avrokubok oyunlarına azarkeşlər buraxılacaq -Razılıq əldə edildi
Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.
Sportfm.az xəbər verir ki, AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.
Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən ilk olaraq, "Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. İyulun 14-də "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlanacaq.
İyulun 22-də "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda İsrail "Aşdod"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçına çıxacaq. Bu görüş saat 20:00-da başlanacaq.
"Sumqayıt" eyni mərhələdə Serbiya "Çukariçki"si ilə, "Keşlə" isə Rusiya "Soçi"si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Kayrat" matçına nə qədər bilet satıldı? - Konfrans Liqası
“Qarabağ” – “Kayrat” oyununun biletləri satışda - Konfrans Liqası
Premyer Liqamızın oyunlarına azarkeş buraxılacaq
"Qarabağ" - AEL matçının biletləri satışa çıxarılır - Konfrans Liqası
“Neftçi” azarkeşlərinə müraciət etdi - "Xahiş edirik ki, hər kəs pandemiya qaydalarına əməl etsin"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası