Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daha iki idmançımızdan erkən vida -Tokio-2020
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Üzgüçü Maksim Şemberev 400 metr məsafəyə qarışıq üzmədə qüvvəsini sınayıb.
Mübarizəyə təsnifat mərhələsindən qoşulan idmançı 4 dəqiqə 19,40 saniyə nəticə göstərərək, öz qrupunda sonuncu - 8-ci olub və finala çıxmaq şansını itirib.
M.Şemberev 29 uzgüçü arasında 26-cı olub.
Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah da Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb. Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.
Qeyd edək ki, olimpiadada Azərbaycanı təmsil edən üzgüçülər məhz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah olub.
Oxşar xəbərlər
Məryəm bizə lazım olmayan 35-ci yeri tutdu
19 idmançımız mübarizəni dayandırdı - Çempionlar Liqası
16 idmançımız mübarizəni dayandırdı - Tokio-2020
Üzgüçümüz Tokio Olimpiadasına vəsiqə əldə etdi
Azərbaycan üzgüçüsü dünya kubokunda qalib oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası