reklam
Boksçularımız yarımfinala vəsiqə qazandı -
Sportfm.az xəbər saytı

Boksçularımız yarımfinala vəsiqə qazandı -MDB Oyunları


Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında boksçularımızdan ikisi yarımfinala vəsiqə qazanıb.

Sportfm.az xəbər verir ki, təmsilçilərimiz İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonova (Tacikistan), Tağı Nəsibov (48 kq) isə Vadim Veçerskiyə (Belarus) dörddəbir finalda qalib gəliblər.

Qeyd edək ki, oğlanların yarışında ölkəmizi 5, qızların turnirində isə 3 boksçu təmsil edir.

Sentyabrın 2-də start götürən boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün dörddəbir final (ilkin) mərhələsinin qarşılaşmaları, növbəti 2 gündə yarımfinal görüşləri təşkil olunacaq.

Sentyabrın 5-də isə final görüşləri baş tutacaq.

Oxşar xəbərlər

Boksçularımız yarımfinala yüksəldi - Avropa çempionatı
İlk təmsilçilərimiz mübarizəyə başlayacaq - MDB Oyunları
Bu gün üç boksçumuz dünya çempionatında mübarizə aparacaq
Azərbaycanın iki boksçusu yarımfinala yüksəldi
Gənc boksçularımız Avropa çempionatının yarımfinalına yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər