reklam
Bakı daha bir böyük turnirə ev sahibliyi edəcək -
Sportfm.az xəbər saytı

Bakı daha bir böyük turnirə ev sahibliyi edəcək -II MDB Oyunları


Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.
 
II MDB Oyunları isə 2023-cü ildə Belarusun payaxtı Minsdə təşkil olunacaq.
 
Toplantıda həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.
 
Qeyd edək ki, I MDB Oyunları bu il 4 - 11 sentyabrda Rusiyanın Kazan şəhərində keçirilib.

Oxşar xəbərlər

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
İdmançılara mənzillər verildi - Tədbir
Azərbaycan II MDB Oyunlarına ev sahibliyi edəcək - Namizədliyini irəli sürdü
Ermənistan I MDB Oyunlarından imtina etdi
Azad Rəhimov Kazanda çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər