reklam
Millimizin oyunları azarkeşsiz keçiriləcək -
Sportfm.az xəbər saytı

Millimizin oyunları azarkeşsiz keçiriləcək -Qərar


Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunları azarkeşsiz baş tuta bilər.

Sportfm.az xəbər verir ki, fanatların yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür.

Qərar ölkədə koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqi ilə əlaqədardır. Qitə çempionatının təxirə salınması da istisna olunmur. Turnirlə bağlı yekun qərar yanvarın 10-dək bəlli olacaq.

Qeyd edək ki, Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək.

Oxşar xəbərlər

Avropa çempionatı başlayır
Yığmamızın yekun heyəti - Avropa çempionatı
"Bu qarşılaşmalar bizim xeyrimizədir" - Millimizin qapıçısı
Yığmamızın rəqibi heyətini açıqladı - Avropa çempionatı
Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlandı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər