reklam
Avropa çempionatı başlayır
Sportfm.az xəbər saytı

Avropa çempionatı başlayır


Bu gün Niderlandda futzal üzrə Avropa çempionatına start veriləcək.

Sportfm.az xəbər verir ki, Azərbaycan yığmasının da qatıldığı yarışda ilk dəfə 16 komanda iştirak edəcək.

A qrupunun açılış matçında Serbiya və Portuqaliya seçmələri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Günün digər görüşündə isə meydan sahibləri Ukraynanı sınağa çəkəcək. Həmin qarşılaşma saat 23:30-da başlayacaq.

Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ilk matçını yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatı fevralın 6-da yekunlaşacaq. Yarışın son qalibi 2018-ci ildə Portuqaliya seçməsi olub. İspaniya komandası isə 6 dəfə bu titula sahib çıxaraq rekordu əlində saxlayır.

Oxşar xəbərlər

Azərbaycan millisi həlledici oyuna çıxır - Avropa çempionatı
Azərbaycanın millisi ilk oyunda məğlub oldu - Avropa çempionatı
Azərbaycan yığması mübarizəyə başlayır - Avropa çempionatı
Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlandı - Avropa çempionatı
Avropa çempionatının püşkü atılacaq - Azərbaycan 2-ci səbətdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər