Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mançester Yunayted" "Qəbələ"ni məğlub edib
"Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə qış turnirlərinin növbətisi - U-13 Qış Kuboku turniri keçirilib.
Sportfm.az xəbər verir ki, klubun Qəbələ şəhər stadionu ərazisində yerləşən məşq meydançasında baş tutan turnir 2 gün davam edib. Yarış "Qəbələ", "Mançester Yunayted" Futbol Məktəbi, "Rəvan" və "Vətən" komandalarının iştirakı ilə reallaşıb. Turnir çərçivəsində keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Qəbələ" - "Rəvan" 4:0
"M. Yunayted" FM - "Vətən" 2:1
"M. Yunayted" FM - "Qəbələ" 1:0
"Vətən" - "Rəvan" 4:1
"M. Yunayted" FM - "Rəvan" 1:4
"Qəbələ" - "Vətən" 2:1
Sonda iştirakçılara təşəkkür plaketi və futbolçulara məktəbli ləvəzimatları dəsti təqdim olunub. Ardınca isə bütün komandalara akademiya binasında nahar süfrəsi açılıb.
Oxşar xəbərlər
Türkiyədə yığmamızın təlim-məşq toplanışı keçiriləcək
"Mançester Yunayted"in futbolçusu Azərbaycan millisinə dəvət olundu
"Turan Tovuz"un futbolçusu milliyə çağırıldı
"Vətən"in təxirə salınan matçı nə vaxt keçiriləcək?
"Qəbələ" Akademiyasının daha bir uğuru
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası