Ronaldoya 200 minlik hədiyyə -FOTO
Corcina Rodriges sevgilisi - "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldoya ad günündə avtomobil hədiyyə edib.
Sportfm.az xəbər verir ki, bu barədə Corcina instaqram hesabında paylaşım edib.
"37 yaşın mübarək, həyatımın sevgisi. Səni sonsuz sevirik. Sən Allahın bizə verə biləcəyi ən yaxşı ata və həyat yoldaşısan. Başına gələn ən gözəl şeylərə layiq olan əsl döyüşçü. Sən mükəmməl və ilham qaynağısan" - deyə, o, yazıb.
"Cadillac Escalad" markalı avtomobilin qiyməti 200 min dollardan çoxdur.

Qeyd edək ki, cütlüyün Alana Martina adlı 4 yaşlı qızı var. Ronaldonun 11 yaşlı Kriştiano adlı oğlu, Yeva və Mateo adlı əkizləri surroqat anadan dünyaya gəlib. Hazırda ikili biri qız, digəri oğlan olmaqla əkiz övladlarının dünyaya gəlməsini gözləyir.
Oxşar xəbərlər
Ronaldo qızını təbrik etdi - FOTO
Corcinanın yeni oyuncağı - “Bentley"
Ronaldonun sevgilisi bu dəfə ağ rəngli alt paltarında - FOTO
Ronaldonun ad günüdə görün nə bağışladılar - VİDEO
Ronaldonun əkizləri - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası