Polşa finalda -DÇ-2022
FİFA DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsində Rusiya millisini əvəz etməyə komanda axtarmayacaq.
Sportfm.az “Przeqlad Sportovy” nəşrinə istinadən xəbər verir ki, Polşa millisi avtomatik olaraq pley-off mərhələsinin finalına yüksələcək.
Xəbərdə bildirilir ki, FİFA hələ qərarını rəsmən açıqlamayıb. Martın 4-də bununla bağlı açıqlama veriləcəyi gözlənilir. Polşa yığması avtomatik olaraq pley-off mərhələsinin finalına yüksələcək və burda İsveç – Çexiya cütünün qalibi ilə qarşılaşacaq.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Oxşar xəbərlər
FİFA-dan Rusiyaya “yaşıl işıq”
Rusiya və Belarus cüdoçuları ilə bağlı qərar verildi - Yarışlarada iştirak etməyəcəklər
“Dinamo” – “Fənərbaxça” matçı İngiltərədə keçiriləcək - Zelenski danışıqlara başladı
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Rusiya FİFA-dan uzaqlaşdırılacaq - Martın 31-də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası