Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Situasiyanı xeyrimizə dəyişməyə çalışacağıq” -Canni De Byazi
UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Kipr – Azərbaycan oyunu öncəsi Azərbaycan milli komandasının mətbuat konfransı təşkil olunub.
Sportfm.az baş məşqçi Canni De Byazi və komandanın üzvü Qara Qarayevin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi: “İlk oyunda evdə Lüksemburqa məğlub olduq. Buna görə çox məyus və əsəbiyik. Sabah Kiprlə oyunda situasiyanı xeyrimiz dəyişməyə çalışacağıq. Onlar da ilk oyunda məğlub olub. Kiprlə oyun bizim üçün yeni mübarizə olacaq. Futbolçularım hər şeyi anlayır. Çox çətin oyun olacaq. Havanın isti olması işimizi çətinləşdirə bilər. Sabah yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
İlk oyunda pozitiv məqamlar gördük. Məğlubiyyətdən sonra qələbə qazanmaq istəyi, əzmi daha da artır. Bu mənada komandanı psixoloji baxımdan oyuna kökləmək elə də çətin deyil. Uşaqlar da azarkeşləri sevindirmək üçün çalışacaqlar. Heyətimizdə gənc və yaxşı oyunçularımız var. Komandanın tam formalaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Ümid edirəm, sabah oyunu azlıqda qalmadan başa vuracağıq.
Bizim iki kapitanımız var. Biri meydanda olur, digəri isə mənim yanımda. Mətbuatda gedən yazılardan məlumatım var. Maksimin oyundan sonra verdiyi reportaj əsnasında səsləndirdiyi fikirlər sırf reportajın necə keçməsi ilə əlaqəli idi. Komandamıza sakit atmosfer lazımdır.
İlk oyunda qırmızı vərəqə aldıqdan sonra taktiki dəyişiklik etdik. Niyyətimiz daha çox hücum futbolu oynamaq idi. İki hücumçu ilə mübarizə aparırdıq. Müdafiə meyilli heyət buraxmağım fikri ilə razı deyiləm. Bizim oyunumuz rəqibimiz gücündən asılıdır. Oyun ərzində azlıqda qalmasaydıq və penalti olmasaydı rəqib bizə çətin qol vurardı.
Qara Qarayev: “Bütün diqqətimiz bu oyuna yönəlib. Heyətdə Mahirdən başqa bir itki yoxdur. Oyuna tam hazırıq. Əlimizdən gələni edəcəyik ki durumu xeyrimizə dəyişək, azarkeşlərin rəğbətini qazanaq. Bura daha əvvəl “Qarabağ”la səfər etmişəm. Milli səviyyədə ilk dəfə qarşılaşacağıq. Necə oynayacağımızı bilirik. Ancaq bunu indi demək düzgün deyil. Məşqçilər heyəti rəqibi yetərincə araşdırıb və lazım olan informasiyanı bizə verib".
Oxşar xəbərlər
De Byazi indidə küləkdən bəhs etdi
"Rəqib qapısına 15 zərbə vurduq" - De Byazi
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
"Heyəti qurarkən fərqli qərar qəbul etmişdim" - Canni De Byazi
“Oyundan 50 faiz razı qaldım" - Canni De Byazi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası