reklam
Millimiz Avstriya ilə qarşılaşacaq -
Sportfm.az xəbər saytı

Millimiz Avstriya ilə qarşılaşacaq -Avropa çempionatı


Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandası bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edəcək. Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq.

İlk 2 turdan sonra Azərbaycanın 6 xalı var. Hər iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib – 3:0. Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə uduzan Avstriyanın isə 1 xalı var.

Qruplarda ilk 2 yerin sahibləri AÇ-2023-ə vəsiqə qazanacaq.

AÇ-2023, seçmə mərhələvoleybol

D qrupu

28 avqust

18:00 Azərbaycan – Avstriya

Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)

Bakı, Voleybol Mərkəzi

Oxşar xəbərlər

Yığmamız ilk məğlubiyyətini aldı - AÇ-2023
Millimiz Türkiyə yığmasına uduzdu - Avropa çempionatı
Evdə məğlubiyyətlə başladıq
Millimiz Sloveniyaya yollandı
Voleybol millilərimizin rəqibləri bəlli oldu - AVRO-2023

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər