reklam
Millimiz Sloveniya önündə gücsüz qaldı
Sportfm.az xəbər saytı

Millimiz Sloveniya önündə gücsüz qaldı


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, rəqib D qrupunun lideri Sloveniya millisi olub. Mariborda təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:1 (25:16, 25:18, 19:25, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.

İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə də Sloveniya eyni hesabla qalib gəlmişdi. Hazırda bu yığma 14 xalla 1-ci, Azərbaycan isə 9 xalla 2-ci yerdə gedir.

Qrupun digər görüşündə 4 xala malik Avstriya xalı olmayan Gürcüstanı qəbul edəcək.

Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə bu məğlubiyyətlə qrup ikincisi kimi mərhələ şansını çətinləşdirib. Çünki Avstriya autsayder Gürcüstanı yenməklə, xalını 7-yə çatdıra və son turda Eldar Yusubovun baş məşqçi olduğu kollektivlə ev oyununda qələbə qazanmaqla, qrup ikinciliyini ələ keçirə bilər.

Oxşar xəbərlər

Millimiz AÇ-2023-ə vəsiqə qazandı!
Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq - Avropa çempionatı
Yığmamız ilk məğlubiyyətini aldı - AÇ-2023
Voleybolçularımız təsnifat mərhələsinə qələbə ilə başladı - Avropa çempionatı
Millimiz Sloveniyaya yollandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər