reklam
Azərbaycanın mövqeyi dəyişmədi -
Sportfm.az xəbər saytı

Azərbaycanın mövqeyi dəyişmədi -UEFA reytinqi


Avrokubokların qrup mərhələsinin 1-ci turunun son günündə 32 oyun keçirilib.

Sportfm.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlardan sonra UEFA reytinqi açıqlanıb.

Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzub. Bu üzdən ölkəmizin əmsalı dəyişməz qalıb.

Azərbaycanın mövqeyi də dəyişməyib. 14,625 xala malik ölkəmiz Avropada 29-cu pillədə qalıb. Bu xalların 2,000-si cari mövsümdə əldə edilib. 

Baş tutan qarşılaşmalar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub. “Top-10”da Belçika Avstriyanı keçib.

Türkiyə də irəliləyib. Onlar İsraili keçərək 20-ci yerə yüksəlib.

Siyahıya 90,284 xalla İngiltərə başçılıq edir.

Oxşar xəbərlər

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Yerimizdə qaldıq - UEFA reytinqi
Yerimizdə sayırıq - UEFA reytinqi
İsraili geridə qoyduq - UEFA reytinqi açıqlandı
"Qarabağ" qalib gəldi, Azərbaycan Rumıniyaya qonşu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər