reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" qalib gəldi, Azərbaycan Rumıniyaya qonşu oldu


Avrokubokların pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Sportfm.az xəbər verir ki, mərhələnin ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Çempionlar Liqasında baş tutan 10 qarşılaşma cədvəldə cüzü dəyişikliklərə səbəb olub.

"Qarabağ"ın öz meydanında Danimarka çempionu "Kopenhagen"ə 1:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın xal hesabını dəyişib. Əldə olunan 0,250 xalla mövsümlük qazancımız 2,875-ə çatıb.

Ağdam klubu hesabımıza hamıdan çox - 1,125 xal gətirib. Artıq mübarizəni dayandıran klublarımızdan "İnter" 0,750, "Zirə" 0,625, "Qəbələ" 0,375 xalla bunda pay sahibi olub.

Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 17,625-ə yüksəlib. Bu, 22-ci pillədə qərarlaşan Azərbaycanın yerini dəyişməz saxlayıb.

Lakin siyahıdakı qonşularımız dəyişib. APOEL-in qələbəsi sayəsində 21-ci olan Kipr daha bir pillə irəliləyib. Nəticədə bir addım geriləyən Rumıniya Azərbaycana qonşu olub. Hazırda ölkəmiz bu rəqibdən 1,025 xal geridədi.

Ən yaxın izləyicimiz Belarusla xal fərqi isə artıb. 23-cü sıradakı bu ölkə Azərbaycandan 0,375 xal geri qalır.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir - 89,212 xal.

Oxşar xəbərlər

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Azərbaycan UEFA reytinqində mövqeyini dəyişmədi
Şotlandiya Azərbaycana yaxınlaşır - Reytinq cədvəli
Azərbaycan üçün görünməmiş qazanc - UEFA reytinqi
Azərbaycanın qonşusu dəyişdi – UEFA reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər