Azərbaycan yığmasının beynəlxalq turnir üçün heyəti -SİYAHI
Sentyabrın 14-18-də Serbiyanın Subotitsa şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir keçiriləcək.
Sportfm.az xəbər verir ki, yarışda Azərbaycan millisi oğlan idmançıların mübarizəsində qüvvəsini sınayacaq.
Komandamız turnirdə baş məşqçi Elbrus Rzayev və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunacaq. Serbiyada ölkəmizin idman şərəfini Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Nadir Məlikov (57 kq), Tacı Tağızadə (60 kq), Səid Abdullayev (63,5 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadə (+92 kq) qoruyacaqlar.
Subotitsaya sentyabrın 12-də yollanacaq yığma ayın 20-də Vətənə qayıdacaq.
Turnirdə 24 ölkədən 226 (176 oğlan, 50 qız) boksçu gücünü yoxlayacaq. Yarışın püşkatması sentyabrın 13-də olacaq.
Qeyd edək ki, turnirdə iştirak dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.
Oxşar xəbərlər
Boksçularımızın rəqibləri məlum oldu - Dünya çempionatı
Boksçularımız dünya çempionatında döyüşəcək
Gənc boksçuların Azərbaycan birinciliyi başa çatdı - NƏTİCƏLƏR
Azərbaycan birinciliyində finalçılar bilindi - Boks üzrə
Millimizin heyəti məlum oldu - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təmsilçimiz məğlub oldu - FIBA Avropa Kuboku
-
"Barselona" İstanbulda 4 qol vurdu - Çempionlar Liqası
-
Türkiyə klubu İngiltərə səfərində - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Çexiya - Azərbaycan oyununun hakimləri bilindi
-
Azərbaycan klubları 14-cü qələbəsini qazandı - REKORD














Misli Premyer Liqası