reklam
Azərbaycan çempionatının başlama vaxtı məlum oldu
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatının başlama vaxtı məlum oldu


Sonuncu dəfə 2019-cu ildə keçirilən və pandemiya səbəbindən erkən tamamlanan basketbol üzrə Azərbaycan çempionatı yenidən bərpa olunur.

Sportfm.az xəbər verir ki, oktyabrın 12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının açılış mərasimi baş tutacaq.

Açılış oyununda “Sərhədçi” PİK və “NTD BK” komandaları üz-üzə gələcəklər. Qarşılaşma saat 18.30-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Birinci turun digər görüşləri 15 oktyabr tarixində “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq.

Oxşar xəbərlər

"Sərhədçi PİK" turun açılış matçında qalib gəldi - Basketbol Liqası
3 xal fərqiylə qazanılan qələbə - Azərbaycan Basketbol Liqası
“Sərhədçi” rəqibinə qalib gəldi
Azərbaycan Basketbol Liqası başladı
Yüksək Liqada növbəti görüşlərin təqvimi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər