reklam
Stadionda yas mərasimi -
Sportfm.az xəbər saytı

Stadionda yas mərasimi -futbolumuz belə öldürülür


Son illər Azərbaycanın bir çox yerlərində, xüsusən də Bakıda xeyli sayda sintetik örtüklü meydança salınsa da, ölkəmizdə yenə də stadion qıtlığı var. 

Azərbaycandan fərqli olaraq qonşu Gürcüstanda futbol federasiyası ölkədə olan sintetik örtüklü meydançaları ləğv edərək, onların yerinə təbii ot örtüklü stadionlar inşa edir. Bu ölkənin federasiyası uşaq komandalarının sintetik meydançada məşq etməsini və oyun keçirməsini də qadağan edib. Bizdə isə...

Bizdə isə yenə də hər yerə sintetik örtüklü meydançaları salmaqla yanaşı, AFFA uşaq liqalarını belə stadionlarda keçirərək azyaşlı futbolçuları şikəst edir, hələ mən olan-qalan meydançaların baxımsızlığından danışmıram...

Bəli, AFFA və yaxud İdman Nazirliyi gəlir, hansısa ərazini seçir, smetanı hesablayır, tez-bazar bir süni örtüklü meydançanı salıb lenti kəsir. Daha sonra isə həmin meydançanın durumu ilə nə maraqlanan var, nə də qulluq edən. Belə meydançaların Bakıda sayı onlarladı. Onlardan biri Nizami rayonunda düz İcra Hakimiyyətinin yanında yerləşir. 

İcra Hakimiyyətinin məmurlarının pəncərəsindən görünən bu stadionun qazonu demək olar ki, yoxdur. Qazon bir yana qalsın, uşaqlar üçün nəzərdə tutulan bu meydançada çadır qurub yas mərasimləri keçirirlər. Bəli, yalnış oxumadız, stadionda yas mərasimi. Özü də düz İcra Hakimiyyətinin gözü qarşısında. Başqa meydançalarda qapını qıfıllayırlar, digərlərin də pulsuz meydançaya buraxmırlar, burda isə..

Sonra hər kəs öz-özünə sual verir ki, biz də niyə Xviça Kvaratsxeliya kimi futbolçu yetişmir?! 

Oxşar xəbərlər

Gəncədə daha bir süni örtüklü meydança təmir olundu - FOTO
Bakıda yeni futbol meydançası istifadə verildi - FOTO
"İdmanı Qarabağa qaytarırıq" - SİYAHI
İşğaldan azad olunmuş rayonlarda meydançalar salınacaq - AFFA
AFFA potensial şikəstləri necə "yetişdirir"? - DƏRD

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər