AFFA potensial şikəstləri necə "yetişdirir"? -DƏRD
Azərbaycanda uşaq futbolunun problemləri hər kəsə bəllidir. Uzun illərdir bu sahədə heçbir ciddi iş görülmədiyindən vəziyyət getdikcə daha da pisləşir. Ölkədə uşaq futbolunun acınacaqlı durumu AFFA-nı qətiyyən narahat etmir. Vaxtaşırı böyük pullar xərcləyərək boş-boş baş qatan layihələr, müxtəlif tədbirlər keçirən federasiya sanki ölkəmizdə uşaq futbolunun inkişafında qətiyyən maraqlı deyil. Futbolsuz qalan Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, hazırda Bakı və Sumqayıt şəhərlərində də bu sahədə vəziyyət çox kritikdir. Bu istiqamətdə qazılan quyu getdikcə dərinləşir.
AFFA-da artıq yeni vəzifə sahibi olan Elxan Məmmədovun futbolumuza bəxş etdiyi bəlalardan biri də süni örtüklü meydançalardı. Məhz onun federasiyaya gəlişindən sonra çoxsıfırlı rəqəmlər hesabına xarici şirkətlərdən alınan “sintetik qazon” adlı xəstəlik ölkə futbolunun canına daraşdı. Paytaxt Bakı daxil olmaqla, Azərbaycanın müxtəlif yerlərində olan stadionlardan təbii ot örtüyü çıxarıldı və əvəzində ora zədələrə səbəb olan, xəstəlik saçan süni örtüklü meydançalar döşəndi. Məmmədovun gözəl idarəçiliyi sayəsində ölkədə olan klublar bir-bir məhv olduqca, həmin stadionlar uşaqların ümidinə qaldı. İmişlidə, Yevlaxda, Şəmkirdə, Gəncədə və digər rayonlarda olan meydançalarda günü bu gün də uşaqlar məşq edir.
Bakıda durum rayonlardan fərqli deyil. Süni örtük bumu zamanı köhnə “Neftçibaza”ya, “Şəfa”nın dördüncü meydançasına, Tofiq Bəhramov adına Respublika stadionunun arxasına və digər yerlərə döşənən sintetikadan bu gündə istifadə edilir. Bəli, aradan 10 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, həmin stadionlarda “Neftçi”, “Sabah”, “Səbail”, “Qarabağ”,”Keşlə” və digər uşaq-futbol komandaları məşq edir. Artıq dəmirə dönən həmin “meydançalarda” AFFA yarışlar təşkil edir, uşaqlar arasında ölkə çempionatı keçirir. Adları sadalanan stadionlarda Birinci Divizion komandaları oyuna çıxır, həvəskarlar top qovur.
Azərbaycan futbol ictimaiyyəti ümidini məhz “zorakılığa” məruz qalan meydançalardan çıxacaq uşaqlara bağlayıb. AFFA-nın müxtəlif yaş qrupları üzrə ölkə çempionatını keçirdiyi köhnə “Neftçibaza” stadionu gün ərzində 10-12 qarşılaşmaya səhnə olur. “Keşlə”nin aşağı yaş qruplarının məşq etdiyi “Şəfa”nın 4-cü meydançasında pulla abunə olanlarla yanaşı, Birinci Divizionun komandaları, reqbiçilər və s. məşq edir. İllərdir dəhşətli yüklənmələrə məruz qalan bu meydançalarda məşq edən uşaqlar böyüyəndə ya 2 metrdən qapıya düşə bilmir, ya da şikəst olur.
Oxşar xəbərlər
AFFA-nın 15 manatlıq "top oyunu" - MƏHV EDİLƏN GƏLƏCƏK
Stadionda yas mərasimi - futbolumuz belə öldürülür
"Keşlə"nin dərdi var, "Keşlə" xəstədi - TƏHLÜKƏ
"Qarabağ" öz gələcəyini niyə məhv edir? - Problem
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














.jpg)
Misli Premyer Liqası