reklam
Azərbaycan yığması C liqasında -
Sportfm.az xəbər saytı

Azərbaycan yığması C liqasında -Millətlər Liqası


UEFA-nın İcraiyyə Komitəsi futbol üzrə qadın milli komandaları üçün Avropa və dünya çempionatlarının təsnifatını dəyişdirəcək yeni yarış sistemini qəbul edib.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Yeni formatdan ilk dəfə 2025-ci ildə keçiriləcək qadınlar arasında Avropa çempionatı ərəfəsində istifadə olunacaq. 2023-cü ilin payızından başlayaraq, yeni yarış sistemi UEFA Millətlər Liqasını Avropa seçmə mərhələləri ilə birləşdirəcək. Divizionlar arasında keçid (yüksək və aşağı liqa ilə) və Millətlər Liqasının final turniri təşkil olunacaq. Qadın Millətlər Liqası dörd (və ya üç) komandadan ibarət qruplarla üç səviyyəli olacaq.

A və B liqalarında 16, C liqasında 19 komanda yer alıb. Azərbaycan yığması C liqasında çıxış edəcək.

Dörd ildən bir, Millətlər Liqasının nəticələrinə əsasən, Olimpiya Oyunlarına vəsiqə qazanan üç Avropa komandası müəyyənləşəcək.

Avropa təsnifat mərhələsinin sonunda hansı komandaların birbaşa Avropa və dünya çempionatına yollanacağını, eləcə də, Avropa seçmə mərhələsinin əsas turnirlərində kimlərin iştirak edəcəyini müəyyənləşdirən yekun reytinq tərtib olunacaq.

Oxşar xəbərlər

Avropa və dünya çempionatına vəsiqə üçün format dəyişdi
Millilərimizin rəqibləri açıqlandı - Avropa çempionatı
FİFA milli komandaların reytinq hesablama qaydalarını dəyişdi
UEFA Millətlər Liqasının markasının vizual konsepsiyasını rəsmən təqdim edib
UEFA Millətlər Liqasının reqlamentini, qaydaların son versiyası və loqosunu təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər