reklam
Taekvondo üzrə seminarlara start verildi
Sportfm.az xəbər saytı

Taekvondo üzrə seminarlara start verildi


Azərbaycan Taekvondo Federasiyasının idman zalında məşqçi-müəllimlər və hakimlər üçün nəzərdə tutulmuş  seminarlara start verilib.
Sportfm.az xəbər verir ki, 31 mart 2017-ci il tarixinədək davam edəcək seminarda, respublikamızda fəaliyyət göstərən klub və bölmələrin məşqçi-müəllimləri, eləcə də milli və beynəlxalq dərəcəli hakimlər qatılmışlar. Seminarın təşkil olunmasında məqsəd, Dünya Taekvondo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalarla həm məşqçi-müəllimləri, həm də hakimləri tanış etməkdir.

Xatıladaq ki, məşqçilər üçün seminar saatları 09:00-dan 12:00-dək, hakimlərin seminar vaxtları 14:00-dan 17:00-dək olacaq. Hər iki seminar, ATF-nin texniki direktoru Oh Kvanq Çeol tərəfindən keçiriləcək və seminar iştirakçılarına xüsusi sertifikatlar təqdim ediləcək.


Oxşar xəbərlər

Voleybol məşqçiləri üçün seminar keçirildi
“Neftçi”nin məşqçi və futbolçuları üçün seminar
Bakıda məşqçilər üçün növbəti beynəlxalq seminar
Fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq
Masallıda məşqçi-müəllimlər üçün seminar keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər