6 cüdoçumuz mübarizə aparacaq -“Böyük Dəbilqə”nin son günü
Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” yarışının sonuncu günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparacaq.
Sportfm.az xəbər verir ki, 81 kq çəki dərəcəsində iki idmançı yarışacaq.
1/32 finalda Elcan Hacıyev dominikanlı Medikson Del Obre Kortorreal, Zelim Tçkayev isə polşalı Pavel Drzmalı (Polşa) sınağa çəkəcək. Hacıyev qələbə qazansa, növbəti mərhələdə Türkiyə təmsilçisi Vedat Albayrakla qarşılaşacaq.
90 kq-da yarışacaq Murad Fətiyevin 1/32 finalda rəqibi Aydar Arapov (Qazaxıstan) olacaq.
Zelim Kotsoyev (100 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, fransalı Sedrik Olivarla münasibətlərinə aydınlıq gətirəcək.
+100 kq çəkidə iki cüdoçu medal uğrunda mübarizə aparacaq. Camal Qamzatxanov 1/32 finalda Bubakar Mane (Qvineya-Bisau) ilə qarşılaşacaq. Bu raunddan azad olan Uşangi Kokaurinin 1/16 finaldakı rəqibi Mark Desçenes (Kanada) – Voytsex Kordyalik (Polşa) duelinin qalibi olacaq.
“Böyük Dəbilqə”nin ilk günündə Balabəy Ağayev (60 kq) “qızıl” qazanıb.
Oxşar xəbərlər
Daha üç cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
“Böyük Dəbilqə başlayır: İlk gün
İki cüdoçusu finalda - Böyük Dəbilqə
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
İki cüdoçumuz "Böyük Dəbilqə"sinin finalında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası