reklam
Mahmudov Qurbanova niyə
Sportfm.az xəbər saytı

Mahmudov Qurbanova niyə "yox" deyib? -Bilinməyən "transfer"


Bəzən "Qarabağ"ın son illərdəki uğurlarını əcnəbi futbolçularla bağlayırlar. Bu da təbii ki, başa düşüləndi. Uzun illər ərzində ölkə çempionatında, avrokuboklarda komandanın aparıcı simaları əcnəbi futbolçular olub. Elə hazırda Zubir, Veşoviç, Kadi və digər gəlmə oyunçular klubun uğurlarının əsas simalarındandır. 

Azərbaycanda yaxşı yerli futbolçu qıtlığı hər zaman yaşanıb. Üzdə olan 5-10 futbolçu da 3-4 kluba güclə yetir. Hələ limit bu işləri lap zorlaşdırır. Bəzən elə olur ki, hansısa klubun heyətində o komandanın səviyyəsinə uyğun olmayan futbolçular çıxış edir. Bəli, məhz limitə görə. Bu da Azərbaycan futbolunun acı reallığıdır. 

Emin Mahmudov Rusiya futbolunun yetirməsi olsa da, sözün bütün mənalarında bizim olduğundan istər mill komandamızda, istərsə də, "Neftçi"də ən gözdə futbolçulardandır. Yarımmüdafiəçi nümayiş etdirdiyi yüksək səviyyəli futbolla hər il transfer dedi-qodularının mərkəzində olur. Amma, Emin artıq uzun illərdir flaqmandan heç yana getmir. Bəs, görəsən doğurdanmı Mahmudova real təklif yoxdur! Var, həmdə, hər mövsüm. Və bu təklifi edən "Qarabağ"dır. Bəli, yalnış oxumadınız, "Qarabağ". Ağdam klubunun başarılı çalışdırıcısı Qurban Qurbanov Emin çoxdan sərəncamında görmək istəyir. Bununla bağlı "Qarabağ" rəhbərliyi cəlbedici təkliflə dəfələrə əsas rəqibinin qapısını döyüb. Amma, Mahmudov hər dəfə onlara "yox" cavabı verib. Təbii ki, bunun səbəblərini ancaq Emin bilir. Bizim bildiyimiz isə odur ki, kapitan futbolçu karyerasını "Neftçi"də başa vurmaq istəyir. 

Oxşar xəbərlər

"Emin Mahmudov ən çox maaş alan futbolçu olacaq” - "Neftçi"nin prezidenti
Emin Mahmudov "Neftçi"ni tərk etmək istəyir! - Səbəb isə...
Emin Mahmudov “Neftçi” ilə davam edəcək - Razılaşma
Emin Mahmudov 148 yaşlı kluba gedir - Transfer
Emin Mahmudov Şotlandiyaya gedəcək - Xarici mətbuat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər