reklam
Afrikalı futbolçu Azərbaycanda fərqləndi
Sportfm.az xəbər saytı

Afrikalı futbolçu Azərbaycanda fərqləndi


"Turan Tovuz"un futbolçusu Runi Eva Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb.

Sportfm.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kamerunlu hücumçu 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.

27 yaşlı forvard cari mövsümdə 12-ci dəfə fərqlənib. O, XXIX turda "Şamaxı" ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.

Afrika təmsilçilərinin daha çox qol vurması sonuncu dəfə 2014/2015 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.

Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. "Qarabağ"ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.

Oxşar xəbərlər

Ən çox qol vuran afrikalı futbolçular - SİYAHI
Musa Qurbanlı üçün əlamətdar oyun
Ceyms "Qəbələ"nin tarixinə düşdü
"Qəbələ"də kim daha şanslıdır? - 9 futbolçu fərqləndi
Muaremdən 30-cu qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər