reklam
24-cü tura start verildi -
Sportfm.az xəbər saytı

24-cü tura start verildi -Birinci divizion


Futbol üzrə Azərbaycan 1-ci divizionda 24-cü tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk gündə 4 görüş baş tutub.

“Zirə-2” – “Qaradağ Lökbatan” matçında qapılara qol vurulmayıb. “Qəbələ-2” MOİK-i 3 cavabsız qolla yenib. “Turan Tovuz-2” də “Mingəçevir”i məğlub yola salıb. “Sumqayıt”la “Səbail”in əvəzediciləri arasındakı görüşdə isə qonaqlar qələbə qazanıblar.

Bu nəticələrin ardından 1-ci divizionda Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib. Bu turu məğlubiyyətlə bitirən MOİK-in lider “Araz Naxçıvan”a çatmaq şansı qalmayıb. 4-cü pillədəki “hərbçilər”i Naxçıvan təmsilçisi ilə yanaşı, “Neftçi” və “Qəbələ”nin ikinci komandaları qabaqlayır. 54 xalı olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri çıxmaq şərtilə divizion təmsilçilərindən ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır. Bu isə o deməkdi ki, mövsümün sonunda lisenziyalaşdırma ilə bağlı problem yaşamasa, “Araz Naxçıvan” növbəti mövsümü elitada keçirəcək.

Birinci divizion, 24-cü tur

11 aprel

Zirə-2 – Qaradağ Lökbatan 0:0
Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 15:00

Qəbələ-2 – MOİK 3:0
Qol: Sənan Ağalarov, 52; 88-pen. Okan Təhməzli, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00

Turan Tovuz-2 – Mingəçevir 2:1
Qol: Famil Camalov, 43. Sadiq Şəfiyev, 59-pen – Tural Məmmədzadə, 62.
Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Aydın Baxşıyev, Tural İbrahimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 16:00

Sumqayıt-2 – Səbail-2 1:2
Qol: Cavidan Abbaszadə, 73 – Balamirzə Soltanov, 71. Xəyal Bədirov, 88.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rəsul Babayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00

12 aprel

Şamaxı-2 – Zaqatala
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Sevda Nuriyeva, Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu, 15:00

Kəpəz-2 – Neftçi-2
Hakimlər: Fərid Hacıyev, Elman Kərimov, Tərlan Talıbzadə, Əli Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00

İmişli – Qarabağ-2
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Sənan Atayev, Şamil İmanzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00

Oxşar xəbərlər

“Turan Tovuz” qələbə qazandı - Birinci divizion
“Turan" Tovuzda məğlub oldu - Birinci Divizion
"Araz Naxçıvan"- "Mingəçevir" matçı Əliyevə tapşırıldı - Birinci divizion
“Zaqatala” səfərdə qalib gəldi - Birinci Divizion
"Araz Naxçıvan"ın görüşü Rəcəbova tapşırıldı - 19-cu tur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər