Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
PSJ Messini göndərir -Müqaviləsi uzadılmayacaq
PSJ-nin hücumçusu Lionel Messi böyük yayda Paris klubunu tərk edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Paris klubu artıq argentinalıya müqavilənin uzadılmasını təklif etmək istəmir. PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi klubun inkişaf layihəsi üçün PSJ-yə gənc fransız oyunçuları cəlb etmək niyyətindədir. Ona görə də Fransa nəhəngi ulduz futbolçularla müqavilə imzalamağa çalışmayacaq.
Messinin isə sabiq klubu "Barselona"ya qayıdacağı gözlənilir. 35 yaşlı forvard 2004-2021-ci illərdə Kataloniya klubunda oynayıb. Onun PSJ PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.
Oxşar xəbərlər
Ərəblərdən Messiyə fantastik təklif
Messi qərarını verdi - "Barselona"da qalacaq
Messi üçün Mbappeni satacaq
PSJ təsdiqlədi - Messini transfer etmək istəyir
“Barselona” Messi ilə anlaşdı - Yeni müqavilə imzalanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası