Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Prosineçki "Barselona"ya "getsə", təəccüblənməyin
Millimizin baş məşqçisi Robert Prosineçkinin Türkiyədə qiyməti gündən-günə artır.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, qardaş ölkə mətbuatı xorvatiyalı mütəxəssisi hər gün bir klubun "sükanı arxası"na "aparır".
Hələ yanvarda Prosineçkini "Bursaspor"a baş məşqçi "təyin edən" həmkarlarımız bir müddət əvvəl "Valensiya" söhbəti ilə onu yenidən gündəmə gətirmişdi. Bu gün isə La Liqanın daha sanballı komandası "Sevilya"nın Prosineçkinin xidmətində maraqlı olduğu yazılıb. Türklər Xorxe Sampaolinin mövsümün sonunda Argentina millisinə keçmək ehtimalını nəzər alaraq, yığmamızın çalışdırıcısını o yerə namizəd göstəriblər. Maraqlıdı ki, bütün bunlardan İspaniya KİV-nin xəbəri yoxdur.
Görünür, Çalışır "Bursaspor"un gündəmində olan mütəxəssisin qiymətini artırmaq üçün yerli mətbuata bu cür məlumatlar ötürür. Hər transfer dönəmində ölkəyə yüzlərlə ulduz futbolçu "gətirən" türkiyəli həmkarlarımız üçün də bu cür xəbərlər göydəndüşmə olar.
"Atletiko"nun çalışdırıcısı Dieqo Simeonenin yayda klubunu "İnter"ə dəyişməsi gözlənilir. Qonşu ölkə mətbuatı sabah Prosineçkini "Atletiko"ya "yollasa" və ya mövsümün sonunda Luis Enrike ilə yollarını ayıracaq "Barselona"ya "təyin etsə", təəccüblənməyin.
Prosineçkinin hər həftə Türkiyə mətbuatının gündəminə gəlməsi, əslində, onun bu ölkədəki nümayəndəsi Yaşar Çalışırın fəallığının nəticəsidi. Görünür, Çalışır "Bursaspor"un gündəmində olan mütəxəssisin qiymətini artırmaq üçün yerli mətbuata bu cür məlumatlar ötürür. Hər transfer dönəmində ölkəyə yüzlərlə ulduz futbolçu "gətirən" türkiyəli həmkarlarımız üçün də bu cür xəbərlər göydəndüşmə olar.
Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə müqavilə müddəti bu ilin sonuna qədərdir.
Oxşar xəbərlər
"Prosineçki ilə 70-80 faiz anlaşmışıq" - "Bursaspor" prezidenti
Robert Prosineçki Türkiyəyə yollanacaqmı?
Robert Prosineçki Avstriyaya niyə yollanıb?
Millimizin baş məşqçisi İspaniya klubuna rəhbərlik edə bilər
Robert Prosineçki "Bursaspor"a təklif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası