Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Prosineçki ilə 70-80 faiz anlaşmışıq" - "Bursaspor" prezidenti
övbəti həftə komandamızın yeni baş məşqçisinin adını açıqlayacağıq. Bu haqda yekun açıqlama müqavilə bağlandıqdan sonra veriləcək. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan millisi ilə müqaviləsi var.
Sportfm.az saytı qafqazinfo-ya istnadən xəbər verir ki, bu fikirləri "Bursaspor"un prezidenti Ali Ay deyib.
Onun sözlərinə görə, millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ilə artıq razılıq əldə ediblər: "70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq. Amma müqavilə imzalanmadan məsələnin qəti şəkildə həllini tapdığını deyə bilmərik. Bu üzdən onunla bağlı son anda problem çıxmasının mümkünlüyünü nəzərə alaraq başqa namizədimiz də var".
"Fanatik" qəzeti isə iddia edir ki, Prosineçki artıq "Bursaspor"un təklifini qəbul edib və DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı oyun Prosineçkinin millimizdə son qarşılaması olub. Məhz 0:1 hesabı ilə uduzduğumuz bu matçdan sonra xorvatiyalı mütəxəssis Türkiyəyə gedərək "Bursaspror"la müqavilə bağlayacağı qeyd olunub.
Xatırladaq ki, xorvat mütəxəssisin AFFA ilə müqaviləsi DÇ-2018-in seçmə mərhələsinin sonunda başa çatır.
Oxşar xəbərlər
"Bursaspor" - AFFA - Prosineçki danışıqları tamamlandı
Prosineçki: Azərbaycanlı jurnalistlər məğlubiyyət haqqında danışmaq əvəzinə...
Robert Prosineçki Avstriyaya niyə yollanıb?
Robert Prosineçki "Bursaspor"a təklif olunub
Prosineçki: "Çətin ki, Rusiyadakı mundiala vəsiqə qazanaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası