reklam
Robert Prosineçki Avstriyaya niyə yollanıb?
Sportfm.az xəbər saytı

Robert Prosineçki Avstriyaya niyə yollanıb?


Türkiyə mətbuatında millimizin baş məşqçisi Robert Prosineçkiylə bağlı yeni iddia ortaya çıxıb.

Sportfm.az xəbər verir ki, qonşu ölkə mətbuatında millimizin baş məşqçisinin bu ölkənin "Bursaspor” klubuyla danışıqlar apardığı qeyd edilib. Xorvat mütəxəssisin Bursa təmsilçisinin nümayəndələriylə Avstriyada görüşdüyü vurğulanıb. Xatırladaq ki, millimiz hazırda Avstriyada təlim-məşq toplanışındadı.

Maraqlıdı ki, xəbərdə Prosineçkinin millimizlə müqavilə müddətinin iyunda başa çatacağı qeyd edilib. Ancaq xorvat mütəxəssislə AFFA arasında müqavilə dekabrda başa çatacaq.

Bir müddət öncə Prosineçkinin türkiyəli meneceri Yaşar Çalışır yerli mətbuata açıqlamasında təklif olacağı halda, danışıqlara hazır olduqlarını bildirmişdi.

Oxşar xəbərlər

Prosineçkinin yeni iş yeri məlum oldu
Həmin vaxtadək Bakıda qalacam - Prosineçki
"Prosineçki ilə 70-80 faiz anlaşmışıq" - "Bursaspor" prezidenti
Prosineçki "Barselona"ya "getsə", təəccüblənməyin
Robert Prosineçki "Bursaspor"a təklif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər