Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İntihar edən futbolçunun forması əbədiləşdirildi
"Qaziantepspor"un intihar edən çexiyalı futbolçusu Frantisek Raytoralla bağlı sabiq klubu "Viktoriya" (Plzen) maraqlı addım atıb.
Sportfm.az xəbər verir ki, klub futbolçunun oynadığı dönəmdə geydiyi 27 nömrəli formanı əbədiləşdirib. Bundan sonra həmin formanı heç bir futbolçunun geyməyəcəyi bildirilib. Mövcud heyətdə hazırda bu formanı geyən bir futbolçu vardı. Bu qərarın ardından avstriyalı Andres İvançtizdən bu forma alınaraq əvəzinə "33" nömrəli forma verilib.
31 yaşında dünyasını dəyişən Raytoralın 2009-2016-cı illərdə top qovduğu Plzen təmsilçisində geydiyi formanın nömrəsi Qaziantepin seriya nömrəsi olması da diqqət çəkirdi.
Oxşar xəbərlər
İsayev "Qarabağ"da neçə nömrəli formanı geyinəcək?
Alveşin forma nömrəsi bilindi
"Viktoriya"nın daha bir futbolçusu intihar etdi
Ölən komanda yoldaşına görə formadan imtina etdi
40 yaşlı oyunçunun forması əbədiləşdirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası