Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Prosineçki: Azərbaycanlı jurnalistlər məğlubiyyət haqqında danışmaq əvəzinə...
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin bu gün AFFA rəhbərliyi ilə görüşü gözlənilir.
Sportfm.az xəbər verir ki, baş məşqçi bu haqda Xorvatiya mətbuatına açıqlamasında deyib. O, Azərbaycan - Şimali İrlandiya oyunundan sonra (0:1) mətbuat konfransında yaşananlardan və Türkiyənin "Bursaspor” klubuna mümkün keçidiylə bağlı danışıb:
"Bursaspor” haqqında danışmaq istəmirəm. Mətbuat konfransında bu barədə sual verildi. Azərbaycanlı jurnalistlər məğlubiyyət haqqında danışmaq əvəzinə, daha çox "Bursaspor”dan sual verdilər. 5-6 dəfə bunu təkrarladılar. Çox qəzəbli idim”.
Xorvat mütəxəssis bu gün AFFA rəhbərliyi ilə görüşəcəyini deyib:
"Mənim AFFA ilə müqaviləm var. Dekabra qədər Azərbaycanda qalmalıyam. Amma rəhbərliklə görüşəcəm. Bundan sonra qərarımı verəcəm”(komanda.az).
Oxşar xəbərlər
"Bursaspor" - AFFA - Prosineçki danışıqları tamamlandı
"Prosineçki ilə 70-80 faiz anlaşmışıq" - "Bursaspor" prezidenti
Robert Prosineçki Türkiyəyə yollanacaqmı?
Robert Prosineçki "Bursaspor"a təklif olunub
Ölkəmizdə çalışmış mütəxəssisdən proqnoz: Azərbaycan millisi uduzacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası