reklam
Sportfm.az xəbər saytı

"Bursaspor" - AFFA - Prosineçki danışıqları tamamlandı


Türkiyənin "Bursaspor" klubu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə bütün məsələlərdə anlaşma əldə edib. Sportnet.az-ın "Ajansspor"a istinadən məlumatına görə, klub prezidenti Ali Ayın rəhbərliyi altında həyata keçirilən danışıqlar nəticəsində tərəflər 2 illik prinsipial anlaşma əldə ediblər.
 
Prosineçki meneceri Yaşar Çalışırla birgə Bakıda AFFA rəhbərliyi ilə görüşüb. AFFA xorvatiyalı mütəxəssisə israrla yeni müqavilə təklif etsə də, o, qərarını verdiyini və "Bursaspor"da çalışmaq istədiyini açıq şəkildə söyləyib. Təcrübəli mütəxəssis sabah ilin sonunadək olan anlaşmasının pozulmasına dair işləri tamamladıqdan sonra Türkiyəyə yollanmağı planlaşdırır. "Bursaspor" onunla 2 illik rəsmi müqavilə imzaladıqdan sonra transfer çalışmalarına başlayacaq. 

Oxşar xəbərlər

Prosineçki: Azərbaycanlı jurnalistlər məğlubiyyət haqqında danışmaq əvəzinə...
"Prosineçki ilə 70-80 faiz anlaşmışıq" - "Bursaspor" prezidenti
Robert Prosineçki Türkiyəyə yollanacaqmı?
Robert Prosineçki Avstriyaya niyə yollanıb?
Robert Prosineçki "Bursaspor"a təklif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər