reklam
Təmsilçimizin UEFA Regionlar Kubokundakı oyunlarının hakimləri bilindi
Sportfm.az xəbər saytı

Təmsilçimizin UEFA Regionlar Kubokundakı oyunlarının hakimləri bilindi


Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal”ın ilkin mərhələnin B qrupunda keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. UEFA “Football School Bridge” (Gürcüstan) ilə görüşə monteneqrolu, “Qothenburq”la (İsveç) matça isə moldovalı baş hakimi təyin edib.
Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.

28 iyun

19:00. “Football School Bridge” – “Şimal”
Baş hakim: Miloş Boşkoviç (Monteneqro).
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva).
Dördüncü hakim: Robertas Valikonis (Litva).

1 iyul

19:00.“Şimal” – “Qothenburq”
Baş hakim: Dumitri Muntyan (Moldova).
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro).
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro).

Oxşar xəbərlər

Azərbaycan klubu mübarizəni dayandırdı - Regionlar Kuboku
Təmsilçimiz UEFA turnirində böyük hesabla uduzdu
“Şimal”ın Regionlar Kubokundakı rəqibləri açıqlandı
"Zirə"yə gürcü, "İnter"ə litvalı, "Qəbələ"yə rumıniyalı
Rəhim Həsənov Latviyaya, Ömər Paşayev Qazaxıstana

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər