Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah" azarkeşləri avtobus və biletlə təmin edəcək
"Sabah" klubu Konfrans Liqasının II təsnifat mərhələsində İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə keçirəcəyi matçı canlı izləmək istəyən azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək.
Sportfm.az xəbər verir ki, oyuna getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaqlar.
Avtobuslar iyulun 25-də, saat 15:00-da Azərbaycanın Budapeşt şəhərində yerləşən səfirliyinin önündən yola düşəcək. Biletlər azarkeşlərə avtobusda təqdim ediləcək.
Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq.
Qeyd edək ki, "Makkabi" - "Sabah" matçı iyulun 25-də Macarıstanın Kişvarda şəhərində yerləşən "Varkert" stadionunda, yerli vaxtla saat 19:00-da keçiriləcək.

Oxşar xəbərlər
"Sumqayıt" cavab matçında bilet paylayacaq
“Sabah” – "Makkabi" oyununun biletləri satışda
Təmsilçimiz Serbiya klubu ilə üz-üzə
“Zirə”dən azarkeşlərə dəstək - Konfrans Liqası
"Qarabağ" azarkeşlərə pulsuz avtobus ayırdı - Yenə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası