reklam
Planetin ən böyük idman tədbiri start götürür -
Sportfm.az xəbər saytı

Planetin ən böyük idman tədbiri start götürür -Paris-2024


Bu gün 2024-cü il Yay Olimpiya Oyunları başlayacaq.

Sportfm.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən turnirin rəsmi açılış mərasimi 26 iyul tarixinə təyin edilsə də, bu gün 2 idman növündə yarışlar start götürəcək.

Bakı vaxtı ilə saat 17:00-da futbol üzrə Argentina millisi Mərakeşlə, Özbəkistan yığması isə İspaniya ilə üz-üzə gələcək. 19:00-da Qvineya Yeni Zellandiya ilə, Misir Dominikan Respublikası ilə, 21:00-da İraq Ukrayna ilə, Yaponiya Paraqvayla münasibətlərinə aydınlıq gətirəcək. Daha gec saatda, 23:00-da Fransa Amerika Birləşmiş Ştatları ilə, Mali isə İsraillə qarşılaşacaq.

Həmçinin bu gün reqbi üzrə 7 oyun da olacaq.

Azərbaycan Paris-2024-də sözügedən idman növləri üzrə təmsil olunmur. Ölkəmiz turnirdə 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Bu idman növləri akademik avarçəkmə, atıcılıq, 3x3 basketbol, batut gimnastikası, bədii gimnastika, boks, cüdo, güləş, kamandan oxatma, qılıncoynatma, taekvondo, triatlon, üzgüçülük və yüngül atletikadır.

Oxşar xəbərlər

Bu gün millimiz mübarizəyə başlayır - Paris-2024
Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarla görüş keçirildi - FOTO
Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarla görüş keçirildi - FOTO
İslam Həmrəylik Oyunlarının keçiriləcəyi yerlər - SİYAHI
XXXI Yay Olimpiya Oyunları başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər