reklam
Sportfm.az xəbər saytı

"Belə hal karyeramda birinci dəfədir olur" -Kurban Berdıyev


"İki xal itirmək məyusedici faktdır. Amma nəzərə alaq ki, 10 nəfərdə oynadıq. Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir".

Sportfm.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 21-ci turunun "Səbail"lə matçından sonra mətbuat konfransında bildirib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Karyeranızda belə hal olub ki, bu qədər müdafiəçiniz sıradan çıxsın?

- Xeyr, birinci dəfədir.

- Autsayderlər "Kəpəz" və "Səbail"lə oyunlarda xal itkilərinin səbəbi nədir?

- İkisi də fərqli oyundur. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Paralellər aparmağı doğru hesab etmirəm.

- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?

- Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı.

- Emmanuel Hakmanın durumu necədir? Digər zədəli futbolçular nə vaxt sıraya dönəcək?

- Onun belində zədə var. Nə vaxt qayıdacağını bilmirik. Digər futbolçularımızın növbəti matça kimi qayıdacaqlarına ümid edirik.

Oxşar xəbərlər

"Qurbanov kimi yaxşı məşqçinin zəif nöqtəsi az olur" - Kurban Berdıyev
"Kimin oynamasının fərqi yoxdur" - Kurban Berdıyev
"Qələbə hesabını qoruya bilmədik" - Kurban Berdıyev
"Hər zaman olduğu kimi Azərbaycanda hər şey yaxşıdır" - Yurgen Henn
Berdıyev: Bəxtimiz gətirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər