Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi
UEFA-nın reytinq siyahısı açıqlanıb.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının ikinci günündən sonra cədvəldə cüzi dəyişikliklər olub.
Azərbaycan siyahıda bir pillə geriləyib. Buna Kiprin irəliləməsi səbəb olub. Bir gün əvvəl "Qarabağ"ın Gürcüstanda "Samtredia" üzərində 1:0 hesablı qələbəsi ilə 21-ci pilləyə yüksələn ölkəmiz yenidən 22-ci sıraya dönüb.
Buna APOEL-in Lüksemburqda "Düdelanj"ı 1:0 hesabı ilə yenməsi səbəb olub. Hesabındakı xallar 16,675-ə çatan ada təmsilçisi ölkəmizi 0,050 xal arxada qoyub.
Hazırda hesabına 16,625 xal olan Azərbaycan 22-cidi. Bu xalların 1,875-i cari mövsümə təsadüf edib. "İnter" 0,750, "Qarabağ"la "Zirə" hərəyə 0,500, "Qəbələ" isə 0,125 xal əldə edib.
Qeyd edək ki, son gün daha bir ölkə üçün avrokubok mövsümünün bitməsi ilə nəticələnib. Litva bütün komandaları mübarizəni dayandıran 9-cu ölkə olub.
Oxşar xəbərlər
Azərbaycan klublarının UEFA reytinqi
Millimiz 8 pillə gerilədi - FIFA reytinqi
Azərbaycanın qonşusu dəyişdi – UEFA reytinqi
Millimiz 4 pillə gerilədi
UEFA reytinqi: Türkiyə, Almaniya və Belçika Azərbaycana qoşuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası