reklam
UEFA reytinqi: Türkiyə, Almaniya və Belçika Azərbaycana qoşuldu
Sportfm.az xəbər saytı

UEFA reytinqi: Türkiyə, Almaniya və Belçika Azərbaycana qoşuldu


Avrokubokların 1/4 final mərhələsindən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab matçlarından sonra cədvəldə dəyişiklik baş verməyib.

Keçirilən görüşlərdən sonra üç ölkə - Türkiyə, Almaniya, Belçika üçün avrokubok mövsümü başa çatıb. Bu ölkələr mövsümü bitirən digər "46-lığ"a qoşulub ki, Azərbaycan da onların arasındadı. Bununla da 54 ölkədən 49-u üçün mövsüm bitib.
 
Yarımfinallarda yalnız 5 ölkə təmsil olunacaq. 8 klubdan 3-ü İspaniya, 2-si Fransa olacaqsa, Hollandiya, İtaliya və İngiltərənin 1 təmsilçisi qalıb.
 
Son oyunlarda İngiltərə 0,439, Türkiyə 0,400, Almaniya 0,286, İspaniya 0,286, Hollandiya ilə Belçika 0,200, Fransa 0,166 xal əldə edib.
 
Qeyd edək ki, avrokubok mövsümü başa çatan Azərbaycan 17,750 xalla reytinq cədvəlində 26-cı yerdədir.

Oxşar xəbərlər

Azərbaycan mövsümü 27-ci sırada bitirəcək - UEFA reytinqi
Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi
“Beşiktaş”ın rəqibi bəlli oldu
"Krasnodar" "Fənərbaxça"ya qarşı, "Borussiya" "Fiorentina" dueli
Avropa Liqasının qrupları məlumdur - NƏTİCƏLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər