reklam
Sportfm.az xəbər saytı

"İnter" braziliyalı oyunçu transfer etdi - RƏSMİ


İtaliyanın "İnter" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportfm.az xəbər verir ki, A Seriyası nəhəngi "Marsel"dən Luis Enrikeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" braziliyalı vinger üçün Fransa klubuna 23+2 milyon avro təzminat ödəyəcək. Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Marsel" Luis Enrikeni 2020-ci ilin sentyabr ayında Braziliyanın "Tres Passos" klubundan transfer etmişdi. 23 yaşlı oyunçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

6,5 milyon avro təzminat ödədilər - TRANSFER
MY heyətini gücləndirdi - TRANSFER
Parisi Turinə dəyişən Kolo Muani - FOTO
20 yaşlı özbək oyunçu "Mançester Siti"də
"Zenit"də braziliyalı oyunçu - TRANSFER

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər