reklam
İtaliya millisini Qattuzo çalışdıracaq -
Sportfm.az xəbər saytı

İtaliya millisini Qattuzo çalışdıracaq -RƏSMİ


İtaliya millisinin yeni baş məşqçisi bəlli olub.
Sportfm.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmanı Cennaro Qattuzo çalışdıracaq. 47 yaşlı mütəxəssis milli komandanın yeni baş məşqçisi kimi iyunun 19-da ictimaiyyətə təqdim olunacaq.

Mediada yayılan xəbərlərə görə, Qattuzo ilə bir illik müqavilə imzalanacaq. Uğurlu olduğu halda, sözləşmə daha bir il uzadıla bilər.

Qeyd edək ki, Cennaro Qattuzo iyunun 5-də Xorvatiyanın "Hayduk" klubundan ayrılıb. O, karyerası ərzində həmçinin "Marsel", "Valensiya", "Napoli", "Milan" kimi klubları çalışdırıb.

Oxşar xəbərlər

İtaliya millisi ona tapşırılacaq
Qattuzoya İtaliyada iş tapılmadı
Məşhur mütəxəssis "Marsel"də
Cennaro Qattuzo yeni klubda - Müqavilənin şərtləri açıqlanmayıb
Cennaro Qattuzo millini çalışdırmaqdan imtina edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər