reklam
Daha 3 güləşçisi mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Daha 3 güləşçisi mübarizəyə başlayır -Dünya çempionatı


Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, yarışın yeddinci günündə yarışacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək.

Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə qarşılaşacaq.

Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) ilə Artyom Delenau (Moldova) arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Oxşar xəbərlər

Jalə Əliyeva mübarizəyə başlayır - Dünya çempionatı
Daha 3 güləşçisi mübarizəyə başlayır - Dünya çempionatı
Daha bir güləşçimiz qızıl medal qazandı
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
5 güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər