reklam
Kibersport üzrə Milli Çempionat start götürüb
Sportfm.az xəbər saytı

Kibersport üzrə Milli Çempionat start götürüb


Azərbaycan Kiber İdman Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə kompyuter oyunları üzrə XI Milli Çempionat start götürüb. 

Sportfm.az saytı xəbər verir ki, yarışın təşkilat komitəsi XI Milli Çempionat çərçivəsində IX Dünya Çempionatı (9th e-Sports World Championship, Busan 2017), həmçinin Kazan şəhərində təşkil olunacaq TNA Çağırış Kuboku üçün seçmə oyunların keçirilməsi barədə qərar qəbul edib. Qaliblər IX Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar. Seçmə oyunların rayon mərhələlərinin keçirilmə vaxtı barədə məlumatı Gənclər və İdman Nazirliyinin rayon idarələrindən əldə edə bilərsiniz. Zonalar üzrə seçmə yarışların tarixini sizə təqdim edirik:

15 avqust - Lənkəran zonası (Cəlilabad şəhərində);
17 avqust - Gəncə-Qazax zonası (Gəncə şəhərində);
18 avqust - Aran zonası (Mingəçevir şəhərində);
19 avqust - Şəki-Zaqatala zonası (Balakən şəhərində);
21 avqust - Dağlıq Şirvan zonası (İsmayıllı şəhərində);
22 avqust - Abşeron zonası (Sumqayıt şəhərində);
23 avqust - Quba-Xaçmaz zonası (Xaçmaz şəhərində);
24 avqust - Yuxarı Qarabağ və Kəlbəcər-Laçın zonaları (Bakı şəhərində).
Bakı zonası və Final mərhələsinin tarixi və məkanı barədə dəqiq məlumat əlavə olaraq yaxın vaxtlarda diqqətinizə çatdırılacaq. Eyni zamanda zonalar üzrə bütün seçmə oyunlar üçün ayrılan yerlərin sayı barədə də xəbər veriləcək.
Bakı şəhəri üzrə qeydiyyat avqustun 25-dək aparılacaq. Zonalar üzrə qeydiyyatın son tarixi isə zonaların təşkilat komitələri tərəfindən müəyyənləşdiriləcək.
Qeyd edək ki, KATV 1 və Sportfm.az saytı yarışın informasiya tərəfdaşıdır.

Oxşar xəbərlər

Maksim Medvedev açılış mərasimində - "İdman zonası"
Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi yaradılıb
12-ci Azərbaycan Çempionatının finalı 28 mayda keçiriləcək
Yığmamız Portuqaliya və İtaliyaya qarşı
Millimiz Super Final mərhələsində çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər