Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Əmsalımız artdı -"Qarabağ"ın qələbəsi sayəsində
“Qarabağ”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su üzərində qazandığı qələbə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə də təsir edib.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisinin Bakıda 2:0 hesablı qələbəsi ölkənin cari UEFA əmsalına 0,500 xal əlavə edib.
Bununla Azərbaycan 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb. Ölkəmizin qonşuluğunda Sloveniya 22,718 əmsalla 25-ci, Slovakiya isə 20,500 əmsalla 27-ci yerdədi.
Beləliklə, Azərbaycan 25-ci pillədəki Sloveniyadan 1,031 xal geri qalır, 27-ci pillədəki Slovakiyanı isə 1,187 xal qabaqlayır.
UEFA ölkə reytinqi klubların avrokuboklardakı nəticələri əsasında hesablanır və reytinqdə son beş mövsümün göstəriciləri nəzərə alınır.
Reytinqə 101,852 əmsalla İngiltərə başçılıq edir.

Oxşar xəbərlər
Azərbaycan 26-cı pillədə qərarlaşdı - UEFA reytinqi
Klublarımızın UEFA reytinqi açıqlandı
“Qarabağ”ın sayəsində Slovakiyanı geridə qoyduq - UEFA reytinqi
UEFA reytinqində xal ehtiyatımız artdı
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası